Qazaxıstanda mer seçkisi keçirildi

Qazaxıstanda mer seçkisi keçirildi
12.10.2025 23:40 Dünya

Qazaxıstanın Semey şəhərində mer (akim) seçkisi baş tutub.

TodayPress TV xəbər verir ki, səsvermə bölgədəki 110 seçki məntəqəsində təşkil olunub.

Məlumata görə, bu, Qazaxıstanda regional mərkəz üçün ilk mer seçkisidir. Əvvəllər ölkədə yalnız rayon icra başçıları üçün seçki keçirilib.

Bildirilir ki, Semey şəhərinin akimi vəzifəsi uğrunda üç namizəd mübarizə aparır. Nəticələr hələ ki açıqlanmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər