Qazaxıstanda konstitusiya dəyişikliyi üzrə referendum başa çatdı

Dünya

15.03.2026 21:53

Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda səsvermə başa çatıb.

TodayPress TV xəbər verir ki, bunu Referendum üzrə Mərkəzi Komissiyanın sədr müavini Muxtar Erman bildirib.

Onun sözlərinə görə, ölkədə bütün seçki məntəqələrində səsvermə başa çatıb və məntəqə komissiyaları artıq səslərin sayılmasına başlayıb.

Erman qeyd edib ki, ölkə üzrə 9 126 850 vətəndaş səsvermə bülleteni alıb. Bu isə seçici siyahısına daxil edilmiş şəxslərin 73,24 faizini təşkil edir.

Referenduma Qazaxıstan Konstitusiyasına bir sıra dəyişikliklər çıxarılıb. Təklif olunan yeniliklər arasında vitse-prezident postunun yaradılması, iki palatalı parlamentdən bir palatalı sistemə keçid, milli hüququn beynəlxalq hüquq üzərində prioritetinin təsbit edilməsi və qanunvericilik təşəbbüsü hüququna malik Ali Məşvərət orqanı — Xalq Şurasının yaradılması da var.

Qiymət Mahir

tag: Qazaxıstan,Referendum, Konstitusiya,Seçki,TodayPress TV,