“Qatil dağ” yenə can aldı

“Qatil dağ” yenə can aldı
04.07.2025 17:01 Dünya

Everest, K2 və Kanqçenjunqa da daxil olmaqla səkkiz min metrlik zirvələrə qalxan çexiyalı alpinist Klara Koluçova Nanqa Parbat zirvəsinə qalxmaq istəyərkən həyatını itirib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, Klara Koluçova onun yamaclarında həyatını itirən sonuncu şəxs olub. 

Məlumata görə, bu səkkiz minlik zirvədə ümumilikdə 86 nəfər ölüb.

Çexiyalı alpinist əri və ispaniyalı Xorxe Eqoçeaga Rodriges, eləcə də müxtəlif millətlərdən olan alpinistlərlə bir qrupun tərkibində olub. 

Ekspedisiya qrupunun digər üzvləri onun ölümünün uçqun nəticəsində baş verdiyini təsdiq ediblər.  

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər