Qatar dayandırıldı, sərnişinlər düşdü - Ardınca PUA hücumu oldu
Rusiya PUA-sının Ukraynanın Lozovaya-Xarkov marşrutu üzrə hərəkət edən elektrik qatarına zərbə endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində bir qadın həyatını itirib, daha 6 nəfər yaralanıb.
Məlumata görə, hücum təhlükəsi səbəbindən qatar əvvəlcədən dayandırılıb və sərnişinlər təxliyə edilib. Lakin sərnişinlərin bir qismi qatarın yaxınlığında qalıb. Məhz həmin vaxt PUA-nın zərbəsi qeydə alınıb.
Kübra Musayeva