Qarğıdalı qoxulu pomidor hazırlandı
Dünya
24.02.2026 17:48
Çində alimlər gen redaktə texnologiyası ilə qarğıdalı (popkorn) qoxusuna malik pomidor hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Çin və Avstraliyadan olan tədqiqatçılar “genetik qayçı” kimi tanınan "CRISPR/Cas9" üsulundan istifadə edərək dəqiq gen redaktəsi aparıblar.
Alimlər aromatik birləşmələrin yaranmasının qarşısını alan iki geni deaktiv ediblər. Nəticədə pomidorlar elit ətirli düyü sortlarına xas olan, təzə kərə yağı ilə hazırlanmış popkornu xatırladan qoxu yaymağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, Çin ildə 70 milyon tondan çox pomidor istehsal edir və bu, dünya istehsalının üçdə birindən çoxunu təşkil edir. Lakin zamanla pomidorların dad və ətir xüsusiyyətlərinin zəifləməsi istehlakçılar tərəfindən hiss olunur.
İnsanlar ətirli düyünü daha çox sevir və onun bazar qiyməti adi düyüdən yüksəkdir.
Alimlər hesab edirlər ki, bu nailiyyət gələcəkdə daha dadlı və ətirli pomidor sortlarının yaradılmasına şərait yarada bilər.
Türkan İsgəndərli
tag: Çin,Düyü,Pomidor,Ətir,Todaypress.tv,
