Qahirədə Qəzzaya yardımla bağlı danışıqlar aparılır

Qahirədə Qəzzaya yardımla bağlı danışıqlar aparılır
15.07.2025 17:38 Dünya

Misir, İsrail və Qətər nümayəndələri Qəzza zolağına humanitar yardımın çatdırılması və yaralıların təxliyəsi ilə bağlı Qahirədə məsləhətləşmələr aparır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yayıb.

Məlumata görə, danışıqlar iki gün davam edəcək və artıq bir sıra məsələlər üzrə tərəflər konsensusa nail olublar.

Qeyd edək ki, Qəzza zolağında humanitar vəziyyətin kritik olduğu bir vaxtda bu danışıqlar beynəlxalq diqqət mərkəzindədir. Məqsəd, yardımın maneəsiz çatdırılması və təcili tibbi yardıma ehtiyacı olanların təhlükəsiz təxliyəsini təmin etməkdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər