Pxenyandan dünyaya: "Heç bir halda və HEÇ VAXT razı olmayacağıq!"
Şimali Koreya ABŞ və müttəfiqlərinin tələblərinə baxmayaraq nüvəsizləşməyə heç vaxt razı olmayacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi QUAD ölkələrinin birgə bəyanatını şərh edərkən bildirib.
ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici işlər nazirləri Pxenyandan nüvə və raket proqramlarından imtina etməyi tələb etmişdilər.
“Bir daha bəyan edirik ki, heç bir halda və heç vaxt Şimali Koreyanın "nüvəsizləşdirilməsi" baş verməyəcək”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və QUAD tərəfdaşlarının Pxenyana təzyiq göstərmək cəhdləri ölkənin “suveren hüquqlarını və təhlükəsizlik maraqlarını ardıcıl şəkildə müdafiə etmək” əzmini daha da gücləndirir.
Qiymət Mahir