Fransada məktəblilər ayağa qalxdı - VİDEO
Fransada 200-dən çox məktəbdə yuxarı sinif şagirdlərinin etiraz aksiyaları keçirilir.
TodayPress TV xəbər verir ki, BFMTV-nin məlumatına görə, yalnız Paris ətrafında 15 məktəbdə iğtişaş baş verib, 20 nəfər xəsarət alıb.
Şagirdlər artıq bir həftədir həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
Kübra Musayeva