Putin Rusiyanın Qırğızıstandakı hərbi bazasının məqsədini açıqladı

Putin Rusiyanın Qırğızıstandakı hərbi bazasının məqsədini açıqladı
26.11.2025 13:00 Dünya

Rusiya Prezidenti Vladimir Putin Bişkekə səfəri zamanı bəyan edib ki, Qırğızıstandakı Rusiya hərbi bazası regionda sabitliyi təmin edir.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

“Respublikada yerləşdirilmiş Rusiyanın birgə hərbi bazası regionda sabitliyin təmin edilməsində mühüm amildir”, - deyə prezident danışıqlar zamanı vurğulayıb.

Putin əlavə edib ki, Rusiya və Qırğızıstan təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına böyük diqqət yetirirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər