Putin Qırğızıstana gəldi

Putin Qırğızıstana gəldi
25.11.2025 17:52 Dünya

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə  Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri noyabrın 25-dən 27-dək Qırğızıstanda dövlət səfərində olacaq. 

O, qırğızıstanlı həmkarı Sadır Japarov qeyri-rəsmi görüş keçirəcək.

Noyabrın 26-da iki prezident arasında rəsmi görüş keçiriləcək. İkitərəfli danışıqlar zamanı liderlər bir sıra sənədlər, o cümlədən tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair saziş imzalayacaqlar. Tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.

Daha sonra Rusiya lideri Bişkekdə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşəcək.

İkitərəfli danışıqlar zamanı liderlər bir sıra sənədlər, o cümlədən tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair saziş imzalayacaqlar. 

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər