Portuqaliya uşaqların sosial şəbəkəyə çıxışını məhdudlaşdıran addım atdı
Dünya
12.02.2026 23:35
Portuqaliya Parlamenti 16 yaşdan kiçik uşaqların və yeniyetmələrin sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq istiqamətində ilkin addım atıb.
TodayPress TV xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Məlumata görə, Sosial Demokrat Partiyası tərəfindən təqdim edilən qanun layihəsi parlamentdə təsdiqlənib. Layihə sosial şəbəkələrə müstəqil çıxış üçün minimum yaşı 13-dən 16-ya qaldırır və bu yaşdan kiçik şəxslər üçün valideyn razılığı tələb olunur.
Hazırda qanun layihəsi parlament komissiyasında müzakirə olunur. Lazım gələrsə dəyişikliklər ediləcək və sonra yekun səsvermə üçün plenar iclasa qaytarılacaq.
Layihə sosial şəbəkə platformalarının qanuna əməl etməməsi halında şirkətlərə 2 milyon avroya qədər cərimə tətbiq etməyi nəzərdə tutur. Fərdi şəxslər üçün isə cərimələr 10 min ilə 250 min avro arasında ola bilər.
Aysel Mətləb
tag: Portuqaliya,Uşaqlar,Sosial,Şəbəkə,Todaypress.tv,
