Polşa Ukraynaya 4 milyarddan çox yardım ayırdı

Polşa Ukraynaya 4 milyarddan çox yardım ayırdı
27.02.2026 11:21 Dünya

Varşava 2022-ci ilin fevral ayından etibarən Kiyevə 4 milyard avrodan (təxminən 4.8 milyar dollar) çox hərbi-texniki yardım göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş "TASS"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Polşada ukraynalı kişilərin zorla Ukraynaya göndərilərək səfərbərliyə cəlb olunması ilə bağlı ictimai müzakirə aparılmır. Ordaş iddia edib ki, Polşa hakimiyyəti belə bir addımı müzakirə etmək iqtidarında deyil.

Diplomat qeyd edib ki, özünü Kiyev hakimiyyətinin Qərb ölkələrində əsas tərəfdaşlarından biri kimi təqdim edən bir dövlət üçün belə qərar ciddi imic itkisinə səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər