Polşa prezidenti öz fəaliyyətinə qiymət verdi

Polşa prezidenti öz fəaliyyətinə qiymət verdi
05.08.2025 10:05 Dünya

Prezident postunu tərk etməyə hazırlaşan Polşa lideri Andjey Duda prezidentlik dövrünü dəyərləndirib. O, fəaliyyətinə altı ballıq sistem üzrə “beş” verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Duda “Polsat News” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, prezidentliyi dövründə bir çox çətin qərarlar qəbul etməli olub:

“Əlbəttə, "Birləşmiş sağlar" fraksiyasında belə bəzi narazı şəxslər var və onlar bu qərarların bəzilərini səhv hesab edirlər. Amma mən özümü "beşlik" prezident sayıram”.

Duda əlavə edib ki, o, özünə “altı” verməzdi, çünki bu, artıq “şişirtmə” olardı.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər