Polşa Prezidenti Almaniyadan təzminat tələb edəcək
Polşa Pezidenti Karol Navrocki Almaniyaya səfəri zamanı təzminat tələb edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Navrocki İkinci Dünya Müharibəsindən danışarkən bildirib ki, təzminatların tələb olunmaması “tarixi yaddaşsızlıq”dır. O vurğulayıb ki, Polşa NATO-nun şərq cinahında əsas ölkə kimi ədalətə, həqiqətə və Almaniya ilə aydın münasibətlərə ehtiyac duyur.
Qeyd edək ki, Navrocki Almaniyaya və Fransaya səfər edəcək.
Türkan İsgəndərli