Polşa ordusunun sayını 500 minə çatdırmaq niyyətindədir
Dünya
25.02.2026 22:20
Polşa növbəti bir neçə il ərzində ordusunun sayını 500 min əsgər və zabitə çatdırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış generallarla illik görüşündə məlumat verib.
“Yarım milyon nəfərlik ordu bir neçə il üçün strateji hədəfdir və biz bunu həyata keçirəcəyik”, - deyə o bildirib.
Nazir əlavə edib ki, gələn il diqqət bir neçə mülki universitetdə hərbi kafedraların bərpası və hərtərəfli hərbi təlim proqramının həyata keçirilməsi də daxil olmaqla, döyüşə hazır ehtiyat qüvvələrinin yaradılmasına yönəldiləcək.
Qeyd edək ki, Polşa ordusunda hazırda 218 min əsgər və zabit var ki, bu da onu NATO-da ABŞ və Türkiyədən sonra üçüncü ən böyük qüvvəyə çevirir.
Aysel Mətləb
tag: Polşa,NATO,Ordu,Əsgər,Todaypress.tv,
