Polşa ordusu xüsusi əməliyyat keçirdi
Polşa ordusu Almaniya ilə sərhəddə “Təhlükəsiz Qərb” adlı xüsusi əməliyyat keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyat çərçivəsində Polşa Ordusu sərhəd mühafizəsinə və polisə dəstək verir, həmçinin Litva ilə sərhəddə fəaliyyət genişləndirilir.
Əməliyyata 5 minə yaxın hərbçi cəlb olunub. Buna səbəb qanunsuz miqrasiyanın dövlət üçün ciddi təhlükə yaratmasıdır.
Türkan İsgəndərli