Polşa ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi
15.09.2025 01:12 Dünya

Polşa prezidenti Karol Navrotski NATO-nun şərq cinahında alyansın həyata keçirdiyi "Eastern Sentry" hava məkanının müdafiə əməliyyatı ilə əlaqədar xarici qoşunların ölkədə qalmasına icazə verən qərar imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu "X" sosial şəbəkəsində yazlb.

"Polşa Respublikasının Prezidenti Karol Navrotski “Eastern Sentry” əməliyyatı çərçivəsində NATO-ya üzv dövlətlərin xarici qoşunlarının Polşaya əlavə olaraq Polşa Respublikası ərazisində olmasına razılığını ifadə edən qərar imzalayıb", - deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Eastern Sentry” əməliyyatına başladığını elan edib.

TodayPress TV 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər