Polşa əhalisi yeni prezidentdən narazıdır
Polşa əhalisinin əksəriyyəti yeni seçilən prezident Karol Navroçkinin ölkəyə yaxşı rəhbərlik edəcəyinə inanmır.
TodayPress TV xəbər verir ki, bu barədə "SW Research" tədqiqat mərkəzi sorğu keçirib.
Sorğuya əsasən, 27%-dən çox respondent Navroçkinin orta səviyyəli lider olacağını düşünür. 29,6% isə onun pis və ya çox pis prezident olacağını bildirib. Sorğu iştirakçılarının 56%-dən çoxu yeni lideri mənfi qiymətləndirib.
9,6% iştirakçı prezident haqqında heç bir fikri olmadığını bildirib.
Qeyd edək ki, Karol Navroçkinin andiçmə mərasimi 6 avqust tarixində keçiriləcək.
Türkan İsgəndərli