Polşa 15 yaşdan kiçiklərə sosial medianı qadağan edir
Dünya
27.02.2026 16:54
Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması məsələsi nəzərdən keçirilir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil naziri Barbara Novaçka bildirib.
Nazir deyib ki, qərar uşaqlar və yeniyetmələr arasında zehni sağlamlıqla bağlı narahatlıqlarla əlaqədardır. Onun sözlərinə görə, müşahidələr gənclərin intellektual qabiliyyətlərində zəifləmə olduğunu göstərir.
“Biz uşaqların və gənclərin zehni sağlamlığını izləyirik və onların intellektual qabiliyyətlərində azalma müşahidə edirik”,-Novaçka deyib.
Nazirin sözlərinə görə, qanun layihəsi yaşın yoxlanılması məsuliyyətini sosial media platformalarının üzərinə qoyacaq. Qadağa pozularsa, platformalara cərimələr tətbiq oluna bilər. Qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minməsi planlaşdırılır.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun qüvvəyə minib. Oxşar təşəbbüslər Fransa və Danimarkada da müzakirə olunur.
Jalə Rövşən
tag: Polşa ,Sosial media ,Qadağa ,Yeniyetmə ,Todaypress.tv,
