Peskov: "ABŞ-nin Hindistana təzyiqlərini qanuni hesab etmirik"

Peskov: "ABŞ-nin Hindistana təzyiqlərini qanuni hesab etmirik"
05.08.2025 14:05 Dünya

"ABŞ-nin Hindistana qarşı Rusiya ilə ticarətə görə təzyiqləri qeydə alınır, lakin Moskva bu cür təhdidləri qanuni hesab etmir".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Rusiya neftinin idxalını dayandırmaq tələbinə Hindistanın milli maraqlarını müdafiə edərək cavab verməsi haqlıdır. 

Peskov vurğulayıb ki, suveren ölkələr öz tərəfdaşlarını və əməkdaşlıq rejimlərini milli maraqlarına uyğun şəkildə sərbəst seçmək hüququna malikdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər