Paşinyanın mənzili 110 min dollara satıldı

Paşinyanın mənzili 110 min dollara satıldı
04.06.2025 10:50 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı üçotaqlı mənzili 110 min ABŞ dollarına satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Məlumata görə, mənzil Qaregin Njde küçəsi 29 ünvanında, “Ayrenik” kinoteatrının yaxınlığında yerləşir.

Nəşr xatırladıb ki, hələ 2020-ci ildə həmin ünvanda yerləşən mənzilin satışa çıxarıldığı barədə "estate.am" saytında elan yerləşdirilmişdi.

Daha sonra Paşinyan özü də bildirmişdi ki, mənzili uyğun qiymətə sata bilmirlər. Nəhayət, mənzil vətəndaşlığı olmayan Marinə Albertovna Ruds adlı şəxs tərəfindən 45 milyon 500 min dram (təxminən 110 min dollar) qarşılığında alınıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər