Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
27 fevral Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, iclas zamanı Silahlı Qüvvələrdə aparılan islahatlar, hibrid təhdidlərə qarşı mübarizə tədbirləri, eləcə də sosial media daxil olmaqla müxtəlif platformalarda uşaq hüquqlarının qorunması məsələləri müzakirə olunub.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Milli Məclisin sədri Alen Simonyan da iştirak ediblər.
Türkan İsgəndərli