Paşinyan Polşaya getdi
Nikol Paşinyan Polşaya rəsmi səfərə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə görüntülər onun “Telegram” kanalında paylaşılıb.
Qeyd olunub ki, iki günlük səfər çərçivəsində Paşinyanın Karol Navrotski və Polşanın baş naziri Donald Tusk ilə görüşü planlaşdırılır.
Səfər proqramına həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkmək və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etmək daxildir.
Jalə Rövşən