Paşinyan: “Annaya yaşatdığım ağrılara görə üzr istəyirəm”
Dünya
27.02.2026 11:30
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətə məxsus bağ evlərini tərk etdiyini açıqladıqdan sonra vətəndaş nikahında olduğu həyat yoldaşı Anna Akopyandan üzr istəyib.
TodayPress TV xəbər verir ki, siyasətçi bunu öz "Telegram" kanalında yazıb.
“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində o, bütün çətin anlarda mənim yanımda olub, sığınacağım və dayağım olub. Əmin deyiləm ki, mən də onun üçün eyni dərəcədə dayaq olmuşam. Ola bilsin ki, ona daha çox kədər yaşatmışam və buna görə üzr istəyirəm”, – deyə Paşinyan bildirib.
Akopyan fevralın 17-də Ermənistanın baş naziri ilə vətəndaş nikahına son qoyduğunu açıqlayıb. O, ayrılığın səbəbləri ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Nikol Paşinyan və Anna Akopyan 1990-cı illərdən münasibətdə olublar. Onlar Yerevan Dövlət Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikah bağlamayıb. Onların dörd övladı var.
Jalə Rövşən
tag: Nikol Paşinyan ,Anna Akopyan ,Üzr,Ermənistan ,Todaypress.tv,
