Parkda oynayan uşağa güllə dəydi

Parkda oynayan uşağa güllə dəydi
15.09.2025 11:43 Dünya

Türkiyənin Bursa vilayətinin Osmangazi rayonunda yerləşən parkda oyun oynayan bir uşağa havaya atılmış və sonradan yerə düşən güllə dəyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Güllə nəticəsində xəsarət alan uşaq təcili yardım maşını ilə Bursa Şəhər Xəstəxanasına aparılıb.

Hadisənin kim tərəfindən törədildiyini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər