Papa Putinlə danışdı

Papa Putinlə danışdı
05.06.2025 13:30 Dünya

Katoliklərin ruhani lideri Papa XIV Leo ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 

TodayPress TV xəbər verir ki, bu barədə Vatikan və Kreml məlumat yayıb.

Danışıqda əsas diqqət Ukraynadakı vəziyyətə və sülhün təşviqinə yönəlib.

Vatikandan bildirilib ki, Papa Rusiyanı sülh yönümündə addımlar atmağa çağırıb və münaqişənin həllində dialoqun vacibliyini vurğulayıb.

Kremlin açıqlamasında isə qeyd olunub ki, prezident Putin siyasi və diplomatik yollarla böhranın həllinə tərəfdar olduğunu bəyan edib və böhranın köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, həmçinin sülh təşəbbüslərinə görə Papaya təşəkkür edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər