Panama sahillərində zəlzələ oldu

Panama sahillərində  zəlzələ oldu
14.07.2025 22:45 Dünya

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Burica bölgəsinə 206 kilometr məsafədə qeydə alınıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hələlik can və ya mal itkisi barədə məlumat verilməyib.

Həmçinin, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər