Pakistan - Əfqanıstan sərhəddində gərginlik davam edir

Pakistan - Əfqanıstan sərhəddində gərginlik davam edir
15.10.2025 12:38 Dünya

Pakistanla Əfqanıstan sərhədinin uzaq şimal-qərb bölgəsində atışmalar baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstan Talibanının sözçüsü X platformasında məlumat yayıb.

Məlumata görə, Pakistan qüvvələrinin Əfqanıstana endirdiyi zərbələr nəticəsində 12 dinc sakin ölüb, 100-dən çoxu isə yaralanıb.

Pakistanın dövlət mediası əfqan qüvvələrini səbəbsiz atəş açmaqda ittiham edib və bildirib ki, hücum dəf edilib.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər