Ötən il Avropa ABŞ-dən rekord həddə silah idxal etdiyini açıqladı
Avropa ölkələrinin ABŞ silahlarını alış həcmi 2024-cü ildə rekord həddə - 76 milyard dollara çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, son illərdə müdafiə xərclərinin artması Avropanın ABŞ silahlarından asılılığını daha da gücləndirib.
Qeyd edilir ki, yalnız 2022-2024-cü illər arasında NATO-nun Avropa İttifaqı üzvlərinin xərclərinin təxminən yarısı (50.7%) ABŞ-dən edilən tədarükün payına düşüb