"Ordu–2025" beynəlxalq hərbi-texniki forumu təxirə salındı
Rusiyada keçirilməsi planlaşdırılan “Ordu-2025” Beynəlxalq Hərbi-Texniki Forumu daha gec tarixə təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a forumun təşkilatçısı olan “Beynəlxalq konqreslər və sərgilər” şirkəti məlumat verib.
Forumun əvvəlcə 2025-ci il avqustun 11-dən 14-dək keçirilməsi nəzərdə tutulurdu. Yeni tarixlə bağlı əlavə açıqlamanın veriləcəyi gözlənilir.
Töhfə Səməd