Odessada mülki gəmi vuruldu, itkin düşənlər var
Odessa yaxınlığında Rusiyanın mülki gəmiyə endirdiyi hücum nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Bildirilir ki, gəmidə ümumilikdə 18 nəfər olub. Hadisə zamanı 8 nəfər xilas edilib, onlardan 2-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda daha 4 nəfərin taleyi naməlum olaraq qalır. Onların tapılması üçün ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.