Nyu-Yorkda Maduronun işi üzrə ikinci məhkəmə prosesi başladı

Dünya

26.03.2026 21:46

Nyu-Yorkun Federal Məhkəməsində hakim Alvin Hellerstaynın sədrliyi ilə Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə iclası keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, hakim sözü Maduronun vəkili Barri Pollaka verib, o isə hüquqi xidmətlərin ödənilməsi məsələsi ilə bağlı müdafiə tərəfinin mövqeyini açıqlayıb.

"Təqsirləndirilən şəxslər sadəcə səriştəli vəkilə deyil, həm də öz seçdikləri vəkilə malik olmaq və bunun üçün qanuni vəsaitlərdən istifadə etmək hüququna malikdirlər. Onların müdafiə xərclərini ödəmək üçün öz vəsaitlərindən istifadə etmək kimi mütləq hüquqları var", - deyə vəkil bildirib.

Pollakın sözlərinə görə, Maduro və onun həyat yoldaşı hüquqi xidmətlərin haqqını müstəqil şəkildə ödəyə bilmədiklərini bildirib və Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirmək hüququnda təkid edirlər.

TodayPress TV

tag: Maduro,Venesuela,Məhkəmə,Nyu-York,TodayPress TV,