Nyu-Yorkda Maduronun işi üzrə dinləmələr başa çatdı
Dünya
26.03.2026 22:00
Venesuelanın sabiq Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsindəki ikinci iclas çərçivəsində dinləmələr başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, hakim Alvin Hellerstayn məhkəmə xərcləri ilə bağlı davam edən mübahisəyə baxmayaraq, Maduronun üzərindən ittihamları götürməyəcəyini bildirib.
Maduronun vəkili Barri Pollak bildirib ki, cütlük məhkəmə xərclərini müstəqil şəkildə ödəyə bilməyəcəkləri barədə ifadə verib və bu xərcləri Venesuela hökumətinin öz üzərinə götürməli olduğunu əlavə edib.
Hakim Alvin Hellerstayn yaxın vaxtlarda ABŞ administrasiyasının Cənubi Amerika ölkəsinə məhkəmə xərclərini ödəməyə icazə verməyə borclu olub-olmaması barədə qərar çıxaracağına söz verib.
İclas təxminən saat yarım davam edib.
tag: Maduro,Venesuela,Məhkəmə,Nyu-York,TodayPress TV,
