Niderlandda hökümət istefa verir

Niderlandda hökümət istefa verir
03.06.2025 18:21 Dünya

Niderlandda Azadlıq Partiyası hakim koalisiyadan çıxdıqdan sonra baş nazir Dik Şof hökumətin istefa verəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o bildirib ki, bu partiyanın getməsi ilə koalisiya artıq parlamentdə yetərli dəstəyə malik deyil.

Şof Azadlıq Partiyasının nazirlərinin istefası səbəbindən kralın yanına gedəcəyini və hökumətin qalan üzvlərinin də vəzifələrindən ayrılacağını deyib. İstefa məktubu parlamentə təqdim olunacaq.

Baş nazir son aylarda hökumətin çox çalışdığını, lakin koalisiyadakı bölünmə səbəbindən davam etməyin mümkün olmadığını qeyd edib.

O, hökumətin miqrasiya və mənzil böhranı kimi ciddi problemlərlə üzləşdiyini vurğulayıb və seçkilərə qədər vəzifəsində qalacağını bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər