"Netflix" WBD aktivlərinə təklifini geri götürdü
Dünya
27.02.2026 19:45
"Netflix" "Warner Bros. Discovery" (WBD) şirkətinin aktivlərinin bir hissəsinə dair təklifini geri götürüb.
TodayPress TV xəbər verir ki, qərarla bağlı açıqlamanı "Netflix"in baş direktorları Ted Sarandos və Qreq Peters veriblər.
Məlumata görə, qərar tərəflər arasında əvvəlcədən əldə olunmuş razılaşmaya baxmayaraq qəbul edilib. Şirkət rəhbərliyi razılaşmanın səhmdar dəyərini artıracağına və tənzimləyici orqanlardan təsdiq alacağına inandıqlarını bildirib.
Birgə bəyanatda "Netflix"in maliyyə intizamı prinsiplərinə sadiq qaldığı vurğulanıb. Bildirilib ki, "Paramount Skydance" tərəfindən təqdim olunan yenilənmiş təklifin üstələnməsi üçün tələb olunan yekun məbləğ əməliyyatı iqtisadi baxımdan məqsədəuyğun etməyib.
Məlumata əsasən, "Paramount Skydance" WBD ilə müqaviləni təxminən 111 milyard dollar dəyərində qiymətləndirib ki, bu da "Netflix"in ilkin 83 milyard dollarlıq təklifindən xeyli yüksəkdir.
Türkan İsgəndərli
tag: Netflix,Warner Bros. Discovery,Platforma,Satış,Todaypress.tv,
