Netanyahudan ağır İDDİA: “İran oğlumu öldürməyə çalışıb”

Netanyahudan ağır İDDİA: “İran oğlumu öldürməyə çalışıb”
24.08.2026 21:09 Dünya

İran İsrail Baş naziri Benyamin Netanyahunun oğluna sui-qəsd etməyə cəhd göstərib.

TodayPress TV xəbər verir ki, bunu Netanyahu yayımlanan telefon danışığı zamanı “Kanal 14”ün hərbi müxbiri Noam Amirə deyib.

“İran oğullarımdan birini öldürməyə cəhd göstərib. Məhz buna görə də verdiyim bu vəd sadəcə bir üstünlük deyil. Bu vəd olmasa, onlar uğur qazana bilərlər. İnsanlar, xüsusilə seçki kampaniyası zamanı bir qədər təmkin nümayiş etdirməlidirlər.

Mən Şin Betin (İsrail Təhlükəsizlik Xidməti) rəhbəri ilə danışdım və ondan baş nazirliyə namizədlərin hər birinə müvafiq təhlükəsizlik təmin etməsini xahiş etdim”, - deyə baş nazir bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər