“Netanyahu Nyu-Yorka gəlsə, saxlanıla bilər” - Mamdani
Nyu-York meri Zohran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün şəhərə səfəri zamanı saxlanılmasının istisna edilmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Mamdani Netanyahunun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı olduğunu xatırladaraq, onu hərbi cinayətlərdə ittiham olunan şəxs adlandırıb. O qeyd edib ki, şəhər rəhbərliyi belə bir vəziyyət yaranacağı təqdirdə qanunvericiliyin tələblərinə uyğun hərəkət edəcək.
Mer əlavə edib ki, bunun üçün xüsusi qanunların qəbul edilməsi nəzərdə tutulmur və bütün qərarlar mövcud hüquqi prosedurlar çərçivəsində veriləcək.