Netanyahu: "İsrail İrana qarşı yeni regional ittifaq yaratmaq üzərində işləyir"

Dünya

25.02.2026 02:00

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana və “Müsəlman Qardaşları”na qarşı yeni regional ittifaq yaratmaq üzərində işlədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu barədə İsrail Təhlükəsizlik Agentliyinin konfransında çıxışı zamanı danışıb.

Hökumət başçısı yaradılan ittifaqın bir çox ölkəni əhatə etdiyini irəli sürüb.

"Bəziləri bu günlərdə bizi ziyarət edir, bəzilərini isə biz ziyarət edirik. Mən Yaxın Şərqi əhatə edən bütöv bir dairədən danışıram", - o vurğulayıb.

Bundan əlavə, Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza planının irəliləyişinə toxunaraq, HƏMAS-ın tərksilah edilməsinin vacibliyindən də danışıb.

"Bu, ya asan yolla, ya da çətin yolla baş verəcək. Amma baş verəcək", - o əlavə edib.

TodayPress TV

tag: Netanyahu, Israil,Müsəlman Qardaşları”, İttifaq, todaypress.tv,