Netanyahu: "Əməliyyat İran təhlükəsini aradan qaldırmağa yönəlib"
Dünya
28.02.2026 13:08
İsrailin Baş naziri Benyamin Netanyahu televiziya müraciətində bildirib ki, İrana qarşı hərbi əməliyyatın məqsədi ABŞ və İsrail üçün “ekzistensial təhlükəni” aradan qaldırmaqdır.
TodayPress TV xəbər verir ki, Netanyahu İsrail və ABŞ-nin İran rejiminin yaratdığı təhlükəni aradan qaldırmaq üçün əməliyyata başladığını deyib.
“İsrail və ABŞ İran rejiminin yaratdığı ekzistensial təhlükəni aradan qaldırmaq üçün əməliyyata başlayıb”, – deyə o bildirib.
Netanyahunun sözlərinə görə, İranın nüvə silahına sahib olmasına yol vermək olmaz, çünki bu, bütün bəşəriyyət üçün təhlükə yaradar.
O əlavə edib ki, birgə hərəkətlər İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yarada bilər.
İsrailin Baş naziri ölkə vətəndaşlarını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Qiymət Mahir
tag: İsrail,ABŞ ,İran,Əməliyyat,TodayPress TV,
