Netanyahu dron təhlükəsindən danışdı: “Ukrayna, Livan, İran…”
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, dronların yaratdığı təhlükə artıq Ukrayna, Livan və İranda özünü göstərib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu qeyd edib ki, silahlarla təchiz olunan, yüksək dəqiqliyə malik və aşkarlanması çətin olan dronlar ciddi təhlükə yaradır. Onun sözlərinə görə, İsrail bir neçə ildir bu problemin həlli üzərində çalışır və bu sahədə dünyada ən qabaqcıl ölkələrdən biridir.
“Biz bunu Ukraynada, Livanda və İranda gördük. İndi isə onlar bu təhlükəni yenidən canlandıraraq Qəzzaya daşımağa çalışırlar”, - Netanyahu deyib.
Baş nazir təhlükəsizlik qüvvələrinə və İsrail Müdafiə Ordusuna dron təhlükəsinə qarşı bütün zəruri tədbirləri görmək, o cümlədən dronların özlərini, onları idarə edən şəxsləri və buraxılış məntəqələrini hədəfə almaq barədə göstəriş verdiyini bildirib.
Kübra Musayeva