NATO sularında Rusiya sualtı gəmisi üzə çıxdı
Fransanın sahilləri yaxınlığında Rusiya sualtı qayığı suyun üzərinə çıxıb. Hadisəyə cavab olaraq NATO Alyansı özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun Dəniz Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“NATO Hərbi-Dəniz Qüvvələrinə məxsus Fransa freqatı Alyansa dənizdən olan yaxınlaşmaları izləyir və Bretan sahillərində səthdə hərəkət edən Rusiya sualtı qayığının mövcudluğunu qeydə alıb”, - deyə paylaşımda bildirilib.
Komandanlıq əlavə edib ki, NATO dənizdə vəziyyətə nəzarəti və davamlı ayıqlığı ilə Alyansı müdafiə etməyə hazırdır.
Aysel Mətləb