NASA "Artemis 3"ün Aya enişini ləğv etdi

NASA "Artemis 3"ün Aya enişini ləğv etdi
27.02.2026 20:30 Dünya

2027-ci ilə planlaşdırılan “Artemis 3” missiyası artıq astronavtların Ay səthinə enişini əhatə etmir. 

TodayPress TV xəbər verir ki, bu barədə NASA-nın administratoru Cared İsaakman Ay proqramının yenilənməsi ilə bağlı mətbuat brifinqi zamanı məlumat verib. 

“Artemis 3” 2027-ci ildə buraxılacaq, lakin missiya çərçivəsində Aya eniş həyata keçirilməyəcək. Bunun əvəzinə, əsas diqqət “Orion” kosmik gəmisinin aşağı Yer orbitində nümayişinə yönələcək. Missiya zamanı Aya eniş etməli olan heyət üzvlərindən biri və ya hər ikisi ilə orbitdə görüş planlaşdırılır”, - deyə İsaakman bildirib. 

O, planın problemsiz davam edəcəyi təqdirdə, 2028-ci ilin əvvəlində “Artemis 4”ün Aya enişi və 2028-ci ilin sonlarında “Artemis 5” missiyası üçün yol açacağını vurğulayıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər