Narendra Modi İsrailə getdi

Dünya

25.02.2026 13:35

Hindistanın baş naziri Narendra Modi  Tel Avivə rəsmi səfər edib. Bu, Modinin 2014-cü ildən bəri İsrailə ikinci rəsmi səfəridir. O, ilk dəfə 2017-ci ildə ölkəyə səfər etmişdi.

TodayPress TV "Aljazeera"ya istin adən xəbər verir ki, səfər çərçivəsində Modi İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti Isaac Herzog ilə görüşəcək.

Onun həmçinin Knessetdə çıxış edəcəyi və İsraildə yaşayan hind icmasının nümayəndələri ilə bir araya gələcəyi gözlənilir.

Modi səfər öncəsi açıqlamasında Hindistan ilə İsrail arasında strateji tərəfdaşlığın müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirib. Gündəlikdə müdafiə sənayesi, təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığın müzakirəsi yer alır.

Qeyd edək ki, Hindistan və İsrail arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Son illərdə iki ölkə arasında iqtisadi, müdafiə və texnoloji əməkdaşlıq genişlənib. 2023-cü il oktyabr hadisələrindən sonra Hindistan rəhbərliyi İsrailə dəstək ifadə edən açıqlamalar verib. Hindistanın BMT-dəki mövqeyi də bu çərçivədə diqqət çəkib.

Analitiklər hesab edirlər ki, səfər iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib.

Jalə Rövşən 

TodayPress TV

tag: Hindistan ,İsrail ,Narendra Modi,Benyamin Netanyahu ,Todaypress.tv,