Müctəba Xamenei haradadır? İsrail onun yerini bilir

Müctəba Xamenei haradadır? İsrail onun yerini bilir
19.07.2026 16:35 Dünya

İranın Ali Dini Lideri Müctəba Xameneinin hazırda İranda olmadığı iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı İsrail təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Müctəba Xameneinin olduğu yer İsrailə məlumdur və onun təhlükəsiz şəraitdə olduğu bildirilir.

“Israel Hayom” nəşri də son dövrlərdə Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığını, bu səbəbdən onun harada olması ilə bağlı müxtəlif iddiaların irəli sürüldüyünü yazıb.

Qeyd edək ki, sözügedən məlumatlar rəsmi Tehran tərəfindən təsdiqlənməyib. İran hakimiyyəti bu iddialarla bağlı hələlik açıqlama verməyib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər