Moskva-Kiyev danışıqlarının üçüncü raundu nə vaxt baş tutacaq?

Moskva-Kiyev danışıqlarının üçüncü raundu nə vaxt baş tutacaq?
02.07.2025 16:14 Dünya

Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqların üçüncü raundunun vaxtı hələ dəqiqləşdirilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların tarixi hələlik razılaşdırılmayıb, lakin Kreml yaxın vaxtlarda konkret tarixlərin müəyyənləşdiriləcəyinə ümid edir.

Hazırda tərəflər arasında rəsmi təmasların formatı və davamı ilə bağlı müzakirələr davam edir. Danışıqların məqsədi Ukrayna münaqişəsi üzrə siyasi həll yollarını axtarmaqdır.

Türkan İsgəndərli



XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər