Merts: "Ukrayna üçün qərar bir neçə ay əvvəl verilib"

Merts: "Ukrayna üçün qərar bir neçə ay əvvəl verilib"
27.05.2025 11:24 Dünya

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukraynaya tədarük edilən silahların fəaliyyət məsafəsinə qoyulan məhdudiyyətlər əslində bir neçə ay əvvəl aradan qaldırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, Finlandiya Baş naziri Petteri Orpo ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Dünən Berlində mən sadəcə bir neçə ay əvvəl baş vermiş qərarı təsvir etdim”, – deyə kansler qeyd edib.

Bu bəyanat, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-nin Ukraynaya uzaqmənzilli hücum imkanları olan silahların verilməsi ilə bağlı əvvəlki məhdudiyyətləri aradan qaldırdığına dair açıqlamalardan sonra səsləndirilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər