Merts: "Avropa Şengen zonasını qoruyacaq"

Merts: "Avropa Şengen zonasını qoruyacaq"
01.07.2025 17:22 Dünya

Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa Birliyi Şengen zonasını qorumaq istəyir.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri Lüksemburqun Baş naziri Luk Friden ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

Kanslerin sözlərinə görə, sərbəst hərəkət yalnız qeyri-qanuni miqrasiyanı təşviq edənlər və miqrant qaçaqmalçıları tərəfindən sui-istifadə edilmədiyi halda davam edə bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər