Merts 3 ölkəyə müraciət etdi

Merts 3 ölkəyə müraciət etdi
11.07.2025 13:09 Dünya

Almaniya kansleri Fridrix Merts İtaliyanın paytaxtı Romada Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda çıxış edərək Rusiya, ABŞ və Slovakiya rəhbərliyinə birbaşa müraciətlər edib. 

TodayPress TV xəbər verir ki, onun çıxışı "DRM News" kanalında yayımlanıb.

Mertsin ilk müraciəti Rusiya prezidenti Vladimir Putinə ünvanlanıb. Kansler qısa və qətiyyətli şəkildə bildirib ki, onlar təslim olmayacaq.

Daha sonra Kansler ABŞ prezidenti Donald Trampa səslənərək, Avropa və ABŞ-nin ortaq maraqlarının qorunmasının vacibliyini vurğulayıb:

Merts Slovakiyanın Baş naziri Robert Fikoya da çağırış edərək, onun Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinə dəstək verməsini istəyib və müqavimət göstərməməyə çağırıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər