Medvedyev: "Qadınları siyasətdə ədalət hissi motivasiya edir"
Siyasətdə qadınları ambisiya deyil, ədalət hissi və insanlara kömək etmək istəyi motivasiya edir.
Todaypress TV "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyev bildirib.
O, “Vahid Rusiya”nın Qadınlar Hərəkatı forumunda çıxışı zamanı qeyd edib ki, qadınlar haqsızlığa qarşı daha həssasdır və bu, onların ictimai fəallığını artırır.
Medvedev qadın siyasi məktəbinin genişləndirilməsini dəstəkləyib və partiya rəhbərliyini bu istiqamətdə fəaliyyətə çağırıb.
Jalə Rövşən