“Mavi Əjdaha”lar aşkar edildi

“Mavi Əjdaha”lar aşkar edildi
11.07.2025 17:20 Dünya

Tailandın Phuket adasında yerləşən Karon çimərliyində zəhərli “Mavi Əjdaha” (Glaucus atlanticus) dəniz şlakları aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.

Məlumata görə, Andaman dənizi üzrə Dəniz və Sahil Ehtiyatlarının Tədqiqat Mərkəzi güclü dalğaların sahilə çıxardığı bu canlılarla bağlı təhlükə xəbərdarlığı edib. Tədqiqatçılar onların insan sağlamlığı üçün təhlükəli olduğunu və toxunulmamalı olduğunu bildiriblər.

Hazırda çimərlikdə müşahidə aparılır, turistlər və yerli sakinlərə çimərlikdə ehtiyatlı davranmaq və canlılara toxunmamaq tövsiyə olunur.

Qeyd edək ki, “Mavi Əjdaha” isti okean sularında yaşayan, zəhərli dəniz canlısıdır. Onların sancması şiddətli ağrı, yanma, şişkinlik və allergik reaksiyalara səbəb ola bilər. Təsadüfi təmas halında, zərərçəkən sahə sirkə ilə yuyulmalı və lazım gəldikdə tibbi yardım göstərilməlidir.

Türkan isgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər